Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ" doğma azarkeşləri qarşısında "Qəbələ"ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb və "Qarabağ" növbəti mərhələyə adlayıb. Qeyd edək ki, ilk oyun 2:2 hesabıyla başa çatmışdı. Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi:“”Qarabağ”ı təbrik edirəm. Çox gözəl oyun oldu. İki komandanın
mübarizəsində mərhələni adlayan “Qarabağ” oldu. Rəqibimizə uğurlar arzulayıram”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyunda qol vurulmamasına
baxmayaraq, çox gözəl oyun alındı. Azerkeşlər üçün də maraqlı oyun oldu. Sona
kimi oyunun tempi aşağı düşmədi. Futbolçular mübarizə apardılar. “Qəbələ”nin
oyununu yaxşı təhlil etmişdik. Futbolçularım səhvsiz oynayaraq rəqibin
hücumlarının qarşısını aldılar”.
|