İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Unibank
Premyer Liqasının XXV turunun “Qəbələ” – “İnter” matçının 88-ci dəqiqəsində
“İnter” klubunun 2 №-li futbolçusu Xəyal Mustafayev kobud oyuna görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Unibank
Premyer Liqasının XXV turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 85-ci
dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrin
istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Unibank
Premyer Liqasının XXV turunun “Turan” – “Rəvan” matçının 73-cü dəqiqəsində
“Rəvan” klubunun 6 №-li futbolçusu Taqim Novruzov kobud oyuna görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Unibank
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Xəzər
Lənkəran” – “Qarabağ” matçının 48-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42
№-li futbolçusu Kamran Abdullazadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I
divizionunun XXII turunun “Energetik” – “Göyəzən” matçında “Energetik” klubun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40). Oyunun 30-cu dəqiqəsində “Göyəzən” klubunun 1 №-li
futbolçusu İbrahim Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Azərbaycan I
divizionunun XXII turunun “Neftçala” – “Muğan” matçında “Muğan” klubun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I
divizionunun XXII turunun “Karvan” – “Şahdağ” matçında “Karvan” klubun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40). Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ” klubunun baş məşqçisi
Kamran Əlibabayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı
üçün baş məşqçi 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 63).
Azərbaycan I
divizionunun XXII turunun “Bakılı” – “Tərəqqi” matçında “Bakılı” klubun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I
divizionunun XXII turunun “MKT Araz” – “Lokomotiv” matçında “MKT Araz” klubun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40). Oyunun 47-ci dəqiqəsində “MKT Araz” klubunun 15
№-li futbolçusu Əfsər Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
|