Martın 28-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn komandaların ölkə
kubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib. Burada
komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks
olunub.
1/4 final, cavab oyunları
28 mart (çərşənbə)
AZAL - "Bakı"
+0=1-2, top fərqi – 1:6
AZAL “Bakı” ilə keçirəcəyi 4-cü paytaxt derbisinə qədər qələbə həsrətindədir. Səfərdəki
görüşlərdə 3 qol buraxıb uduzan “təyyarəçilər” öz meydanlarında ilk üçün
çalışacaq.
2005/06 1/8
final Olimpik (Bakı) – Bakı 0:0, 0:3 2011/12 1/4 final Bakı – AZAL (Bakı) 3:1
"Qarabağ" - "Qəbələ"
+0=1-0, top fərqi – 2:2
İlk dəfə cari mövsüm üz-üzə gələn rəqiblərin Qəbələdəki görüşü məhsuldarlığı ilə
diqqət çəkmişdi. Hər 2 komanda duellərdə ilk qələbənin müəllifi olmaq əzmindədir.
2011/12 1/4
final Qəbələ - Qarabağ
(Ağdam) 2:2
"Xəzər Lənkəran" - "İnter"
+3=2-2, top fərqi – 9:7
8-ci dəfə kubokda üz-üzə gələn rəqiblərin duelində qonaqlar şəxsi görüşlərin
nisbətində tarazlıq yaratmağa, meydan sahibləri isə fərqi artırmağa çalışacaq.
Yarımfinalçının adı da məhz kimin arzusunu reallaşdıracağından asılıdır. Lakin
bakılılar mərhələ adlamaq üçün heç-heçə ilə də kifayətlənə bilər.
2004/05 1/2
final İnter (Bakı) - Xəzər-Lənkəran 2:1, 1:1
2006/07 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 0:1, 0:1
2007/08 final Xəzər-Lənkəran - İnter (Bakı)
2:0, əlavə vaxtda
2010/11 final Xəzər Lənkəran - İnter (Bakı)
1:1, pen. 4:2
2011/12 1/4 final İnter (Bakı) - Xəzər-Lənkəran 3:2
"Neftçi" - "Kəpəz"
+5=1-4, top fərqi – 13:9
Son 4 görüşdə rəqibinə qalib gələn “Neftçi” “Kəpəz”lə 11-ci qarşılaşmaya üstün
durumda çıxacaq. Düzdür, bakılılar cəmi 1 qələbə artıq qazanıb. Lakin gəncəlilər
ardıcıl 4 dəfə uduzduğu rəqibini sonuncu dəfə 12 il əvvəl üstələyə bilib.
1995/96 1/4
final Kəpəz (Gəncə) -
Neftçi (Bakı) 1:0, 0:2
1997/98 1/2 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:2, 1:2
1999/2000 1/2 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:0
2000/01 1/4 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0, 3:1
2010/11 1/8 final Gəncə - Neftçi (Bakı) 1:3
2011/12 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:2
|