07.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Səbail" 2-3 "Qəbələ" - Videoicmal

Slide 1

"Kür-Araz" 4-3 "Sheki City" - Videoicmal

Slide 1

"Kürmük Qax" 0-4 "Şəmkir" - Videoicmal

Slide 1

"Qusar" 1-2 "Baku Sportinq" - Videoicmal

Slide 1

"Cəbrayıl" 1-0 "Lerik" - Videoicmal

Slide 1

"Səbail" - "Qəbələ" canlı yayım

Slide 1

“Kür-Araz” – “Sheki City” canlı yayım

   Unibank Premyer Liqası: 25-ci tura söz ardı      2012-03-26
9 ildən sonra

“Bakı” klubu Premyer Liqada ardıcıl 3-cü dəfə ev oyununda məğlub oldu. Martın 7-də “Neftçi”yə 1:3, 11-də “İnter”ə 0:1 hesabı ilə yenilən bakılılar ayın 24-də “Qarabağ”a 1:2 hesabı ilə uduzaraq öz meydanında ardıcıl 3-cü dəfə uduzdu. Komanda “Bakı” adı altında çıxış etdiyi 2004-cü ilin yayından sonra belə uğursuz seriyaya malik olmamışdı.

Klub tarixinin sonuncu belə seriyası 2002-03-cü illərdə komanda “Dinamo-Bakılı” adlanan vaxt qeydə alınıb. 2001/02 mövsümünün son 2 ev oyununda “Turan”a 0:1, “Ümid”ə 0:3 uduzan paytaxt təmsilçisi 9 il əvvəl - 2003/04 mövsümünün startında “Şəfa”ya 1:2, “Turan”a 0:1 hesabı ilə uduzaraq 4 ev oyununu xalsız başa vurmuşdu.

Klub tarixinin ən uğursuz ev seriyası 2001-ci ilin mart-oktyabr aylarında qeydə alınıb. Həmin vaxt komanda ardıcıl 7 ev matçında uduzub.

**
Kənan Kərimovun rekordu yarılandı

Zaqatalanın “Simurq” klubunun futbolçusu Anatoli Doroş yeni komandasında qol hesabını açıb. Premyer Liqanın XXV turunun “Sumqayıt”la oyununda qol sevinci yaşayan moldovalı legioner bununla da Azərbaycan rekorduna sevinib. Belə ki, o, Premyer Liqada 5 klubun heyətində qol vuran ilk legioner olub.

Bunadək Doroş “MKT-Araz”da 8, “Standard”da 4, “Karvan”da 6, “Olimpik”də 12 qol vurmuşdu. Premyer Liqada 84-cü matçında 31-ci qoluna imza atan Anatoli bu matçadək rekordun şəriki olan Leonardo Roşa və Tagim Novruzovu arxada qoyub. Braziliyalı futbolçu “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”ın heyətində qol sevinci yaşayıb. Novruzov isə “Simurq”, “Turan”, “Muğan” və “Rəvan”da bunu bacarıb.

Premyer Liqanın mütləq rekordu 10 klubun heyətində qol vuran Kənan Kərimova məxsusdur. O, “Şəmkir”, “Turan”, “Kəpəz”, “Viləş”, “Qəbələ”, MOİK, “Pambıqçı” (Bərdə), “Karvan”, “Qarabağ”, “Avtomobilçi”nin heyətində qol vurub. Legioner rekordçu isə Kənanın rekordunu yalnız yarılaya bilib.

***
Yunis Hüseynovun 50-ci “sülh”ü

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov yeni klubunda ilk xalını qazanmaqla, həm də karyerasında 50-ci bərabərliyə nail olub. Belə ki, “Neftçi” ilə Premyer Liqanın XXV turundakı 1:1 hesablı heç-heçəyədək Hüseynovun komandaları 49 heç-heçə etmişdi.
“Karvan”da 44 bərabərlik görən mütəxəssis 36 dəfə Premyer Liqa, 7 dəfə Azərbaycan kuboku, 1 dəfə isə UEFA kubokunda qalibin müəyyənləşməməsinə şahid olmuşdu. “Standard”ın Hüseynovun rəhbərliyi altında imza atdığı heç-heçələrin 5-i də çempionatda olubsa, “Xəzər Lənkəran” da ilk bərabərliyi Premyer Liqada əldə etdi.

***
Hacıyevdən Sxadadzeyə yubiley qolu

Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında Premyer Liqada 100-cü qolunu vurub. XXV turun “Qəbələ” ilə səfər oyununda rəqib qapısına yol tapan Nizami Hacıyev Sxadadzenin yetirmələrinin yubiley qolunun müəllifi olub.
“İnter” Sxadadzenin rəhbərliyi altında 2009/10 mövsümündəki 32 oyunda 47 (təsnifat mərhələsi 36, final mərhələsi 11), 2010/11 mövsümündəki 32 matçda isə 29 qol (təsnifat mərhələsi 24, final mərhələsi 5) vurmuşdu. Cari mövsüm təsnifat mərhələsini 21 qolla tamamlayan paytaxt təmsilçisinin final mərhələsindəki 3-cü qolu yubiley əhəmiyyətli oldu.
Qeyd edək ki, Sxadadzeyə qədər legioner baş məşqçilərdən yalnız ikisi Premyer Liqada 1 klubda 100-dən artıq qol sevinci yaşamışdı. Valentin Xodukin “İnter”də 146, Roman Pokora “Simurq”da 128 qol görmüşdü.
   Turnir cədvəli
1 Qarabağ 33 76
2 Zirə 33 52
3 Sabah 33 52
4 Sumqayıt 33 51
5 Neftçi 33 50
6 Səbail 33 42
7 Turan Tovuz 33 42
8 Kəpəz 33 35
9 Araz-Naxçıvan 33 35
10 Qəbələ 33 20
Ətraflı
1 Qaradağ Lökbatan 24 52
2 Şamaxı 24 48
3 İmişli 24 46
4 MOİK 24 42
5 Karvan 24 38
6 Zaqatala 24 26
7 İrəvan 24 26
8 Mingəçevir 24 25
9 Difai Ağsu 24 20
10 Araz Saatlı 24 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
0607 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: