Unibank
Premyer Liqasının 25-ci turunda “Simurq” səfərdə “Sumqayıt”a qalib gəldi – 2:1.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Gərgin oyun olacağını bilirdik, elə
də oldu. Oyun boyu bəzi səhvlərimiz oldu. Buna baxmayaraq, qalib gəldik.
Komandanın oyunundan razı qaldım”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “90 dəqiqə ərzində komandamız mübarizə
apardı, əzmkar oyun göstərdik. Futbolçular oyun boyu səhvlər buraxdı. Gələn turda
öz meydanımızda “Turan”la oyunda qalib gəlməyə çalışacağıq”.
|