Unibank Premyer Liqasının 25-ci turunda “Qəbələ” doğma
azarkeşləri önündə “İnter” üzərində əzmkar qələbə qazandı – 2:1.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Əsas heyəti
düzgün müəyyənləşdirməmişdim. Bu səhvi boynuma alıram. İlk 10 dəqiqədən sonra üç
oyunçunu əvəzləməyə ehtiyac duyulurdu. “Qəbələ” bu gün bizdən daha istəkli idi və
oyuna daha yaxşı köklənmişdi. Rəqibin hücumçularının fiziki hazırlığını qeyd edə
bilərəm. ”Qəbələ” qələbəyə layiq idi”.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “”İnter”in
gücünə bələd idik. Taktikamızı da buna uyğun qurmuşduq. “Altılıq” da uğurlu nəticələr
göstərsək də, turnir cədvəlində hələ də beşinci pillədəyik. Biz hələ yolun
başlanğıcındayıq. Bu gün əsas məqsədimiz qalib gəlmək idi, buna nail olduq. Qarşımıza
qoyulan məqsədə - Avroliqaya getmək üçün hələ bundan sonra daha da çalışmalıyıq”.
|