Unibank Premyer Liqasının 25-ci turunda “Qarabağ” səfərdə “Bakı”nı
2:0 hesabı ilə məğlub etdi.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Bakı” ilə əvvəlki qarşılaşmalara nisbətən bu matçın daha çətin keçəcəyini bilirdik. Ona
görə də taktikanı dəyişmişdim. Üç xal qazansaq da, oyunumuzdan razı qalmadım.
Müəyyən səhvlər buraxdıq ki, bunun aradan qaldırılması üzərində işləməliyik”.
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “İlk “altılıq”dakı
oyunlar gərgin keçir. Əgər bu gün qalib gəlsəydik, yüksək yerlər uğrunda mübarizə
aparmaq şansımız yaranacaqdı. Amma məğlubiyyət işimizi çətinə saldı. Bundan
sonrakı oyunlarda sona qədər mübarizə aparacağıq. Oyunun sonlarına yaxın
Koke penaltini dəqiq vura bilsəydi, nəticə də başqa cür olacaqdı”.
|