Unibank
Premyer Liqasının XXV turunda AZAL doğma meydanda “Kəpəz”i qəbul etdi. İkinci
hissədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi
növbəti 3 xalı aktivinə yazdı.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyuna çox yaxşı hazırlaşmışdıq. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Futbolda
vurmayana-vurarlar qaydası var. Bu gün də belə oldu”.
Rafiq
Mirzəyev, AZAL klubunun baş məşqçisi: “İkinci hissə çox fərqli keçdi. Biz qol
imkanlarmızdan istifadə etdik. “Kəpəz” komandası bu gün çox yaxşı oynadı”.
|