Unibank Premyer Liqasının 24-cü turuna "Xəzər Lənkəran" - "Bakı" yekun vuruldu. Rəqibini minimal hesabla məğlub edən "Bakı" növbəti 3 xalı aktivinə yazdı - 1:0. Novruz
Əzimov, “Bakı” klubunun məşqçisi: “Yunis Hüseynovu “Xəzər Lənkəran”a baş məşqçi
təyin olunması münasibəti ilə təbrik edirəm. Əzəmətli oyun oldu. Oyun öncəsi heyətimizdə
bir sıra itkilər var idi. Digər oyunçular bu boşluqları lazımınca doldura
bildi. Qələbə bizə vacib idi”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bu gün sarsıntı keçirdim. İlk
oyunda məğlub olmaq istəmirdim. Komandaya iki gündür ki, gəlmişəm, cəmi bir məşqdə
iştirak etmişəm. Hər gün futbolçularla danışırdım. Buna baxmayaraq, komandanı hələ
tam tanıya bilməmişəm. Bir neçə futbolçudan razı qaldım, adlarını çəkmək istəmirəm.
Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Çalışacağam ki, bu oyuna
komandanı daha yaxşı hazırlayım. “İstefa” şüarları mənə pis təsir etdi. Uduzacağımıza
inanmırdım, amma futbolda hər şey ola bilər”.
|