Unibank Premyer Liqasının 24-cü turunda "Rəvan" doğma azarkeşləri önündə AZAL-ı 2:0 hesabıyla məğlub etdi.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “İlk hissədə yaranmış qol
imkanlarından yararlana bilmədik. Bundan sonra qapımızda qol gördük. İlk hissənin
sonlarında qapımızdan ikinci qolu buraxdıq. İki hissə bizim üstünlüyüzdə keçsə
də, qol imkanlarından istifadə edə bilmədik. Futbolçularımın ustalıq səviyyəsi
çatmadı. Komandanın əsas heyətinin altı futbolçusu hazırda xəstə olsa da,
futbolçularım sona qədər mübarizə apardılar”.
Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Bayram günlərində
komandamın qələbə qazanmasına sevinirəm. Oyunun ilk hissəsi bizim üstünlüyümüzdə
keçsə də, ikinci hissədə AZAL-ın güclü təzyiqi ilə rastlaşdıq. Biz asanlıqla
AZAL-ı əks hücumda yaxalaya bilərdik. Ancaq futbolçularım bunu bacarmadı. Qələbə
münasibətilə futbolçularımı təbrik edirəm”.
|