Unibank Premyer Liqasının 24-cü turunda qarşılaşan "Qarabağ" və "Qəbələ" klubları hərəyə bir qol vurub, 1 xal qazandılar - 1:1. Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Standart vəziyyətdən oyunun əvvəlində qol
vurduq, hesabı açdıq. Daha sonra “Qarabağ” istədiyi oyunu göstərdi. Maraqlı
oyun alındı. Təəssüf ki, son dəqiqələrdə qapımızdan qol buraxdıq. Lakin səfər
oyunundan 1 xalla dönürük, bu oyunda “qardaşlıq” qazandı”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Yaxşı oyun oldu, komandam əlindən gələni
etdi. Final mərhələsində 1 xal da önəmlidir. Lider komandalardan uzaq düşməmək
üçün xal qazanmaq bizə vacib idi. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq.
“Qəbələ” ilə kubokun 1/4 finalında yenə qarşılaşacağıq”.
|