Unibank Premyer Liqasının XXIV turunda "Kəpəz" doğma azarkeşləri önündə "Sumqayıt"ı məğlub edib - 4:1.
Bernhard Raab, “Sumqayıt”
klubunun baş məşqçisi: “Bugünkü oyunumuzdan razı qaldım. Lakin oyunun ilk 20 dəqiqəsində komandamın oyunu
heç xoşuma gəlmədi. Futbolçular sanki yatmışdı. Amma daha sonra çox gözəl oyun
göstərdik. “Kəpəz” komandası bizim zəifliyimizdən istifadə edib qələbə qazandı”.
Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi:
“Bu oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt”ın əksər futbolçuları U-21 milli
komandasının üzvüdür. Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik və
qələbə qazandıq”.
|