Unibank
Premyer Liqasının 24-cü turunda “Turan” səfərdə “Simurq”la qarşılaşdı. Azlıqda
qalmasına baxmayaraq, oyunun son dəqiqəsində hesabı bərabərlişdirməyi bacaran
Tovuz təmsilçisi bir günlük də olsa turnir cədvəlinin son pilləsini tərk etdi –
1:1.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Oyunun çətin keçəcəyini bilirdik. Turnir
cədvəlində vəziyyətimiz gərgindir. Bizim üçün qazanılan bir xal da önəmlidir. Oyunçumuzun
qırmızı vərəqə almasına baxmayaraq, orta xətt oyunçusunu hücumçu ilə əvəz
etdim, bu da nəticəsini verdi, hesabı bərabərləşdirə bildik. Bundan sonrakı
oyunlara da final oyunu kimi çıxacağıq, sona kimi mübarizə aparacağıq”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: ““Turan” komandasının oyunu yaxşı
analiz etmişdik. Gərgin oyun alındı. Rəqibimiz kimi bizim də turnir cədvəli
baxımından vəziyyətimiz gərgindir, xal itirmək istəmirik. Bir neçə əlverişli qol imkanımız oldu, lakin
bunlardan istifadə edə bilmədik. Təəssüf ki, futbolçularımız hava mübarizəsində
rəqibə uduzdu”.
|