Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində
“Bakı” doğma meydanda AZAL-dan üstün oldu – 3:1.
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “Bu, kubok
oyunudur, cütün taleyinin artıq həll olunduğunu düşünmürəm. Qarşıda bizi cavab
oyunu gözləyir. Komandamın bugünkü oyunundan razı qaldım. Bu oyuna mövsüm sonu
nəticələrə nikbin baxmağa imkan verir”.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “Cütün
taleyi bu oyunla həll olunmayıb. Cavab qarşılşamasında real gücümüzü göstərməyə
çalışacağıq. "Bakı"nı qələbə münasibəti ilə təbrik edirəm. Ancaq nəticə
oyuna görə olmadı.”.
|