Azərbaycan kubokunun 1/4 final mərhələsin ilk oyunları çərçivəsində
“Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı idman mübarizəsində keçən oyun 2:2
hesablı bərabərliklə başa çatdı.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok
oyunları çempionatdan fərqli olur. Hər iki komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə
apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı
eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.
Fatih
Kavıak, “Qəbələ” klubunun baş məşqçisi: “Çətin oyun oldu, “Qarabağ”ın güclü
komanda olduğunu bilirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə oyunumuz tam
alınmadı. Hesabda irəli olsaq da yekunda 2:2 hesablı bərabərlik oldu. Çox güclü
rəqibə qarşı mübarizə apardıq”.
|