24.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

“Göygöl” 2-1 “Lerik” – Videoicmal

Slide 1

“Dinamo” 1-7 “Şahdağ Qusar” – Videoicmal

Slide 1

“Qusar” 2-2 “Şəfa” – Videoicmal

Slide 1

“Füzuli” 3-1 “Şəmkir” – Videoicmal

Slide 1

“Göygöl” – “Lerik” canlı yayım

Slide 1

“Dinamo” – “Şahdağ Qusar” canlı yayım

Slide 1

“Qusar” – “Şəfa” canlı yayım

   “Neftçi” 20-ci Azərbaycan kubokunun qalibidir!      2013-05-28

28 may 2013-cü il
Azərbaycan kubokunun final oyunu

“Neftçi” 5–3 “Xəzər Lənkəran”

Kapitan Rəşad Sadiqov nöqtəyə yaxınlaşır və qələbə zərbəsi dəqiqdir. 5-3-  kubok Neftçi`nindir.

Sadio Tounkara penalti nöqtəsinə yaxınlaşır. Zərbə.... və qol. Son vuruşlar

Mahir Şükürov topu qapıdan keçirir

Rahid Əmirquliyev topun başındadır. Kapitan topa yaxınlaşır, zərbə və top qapıdan keçir.

Oyunun ən yaxşılarından Flavinyo penaltini vurur və topu qapıdan keçirir.

Ağabala Ramazanov topun başındadır. Zərbə......və top qapıdadır.

Bruno Bertuççi hədəfdən yayınmır. Top qapıdadır.

Dmitrios Sialmasın zərbəsini Stamenkoviç qaytarır. Hesab dəyişməz qalır.

Nikolas Kanales topu qapıdan keçirir 

Penaltilər Neftçi azarkeşlərinin oturduğu sektorun önündə olan qapıya vurulacaq.

`120 Oyunun ikinci əlavə hissəsi başa çatdı. Neftçi 0-0 Xəzər Lənkəran. Qalib penaltilərlə müəyyən olunacaq.

`120 Julius Vobay oyunun qəhrəmanı ola bilərdi. Lakin Doblas buna imkan vermədi. Künc zərbəsindən ötürülən topu akrobatik tullanışla qapıya vuran Vobayın fərqlənməsinə qapıçı Doblasın inanılmaz reaksiyası maneə oldu.

`116 Mahir Şükürov sarı vərəqə ilə cəzalandı.

`108 Emin Mehdiyev fəallığı ilə seçilir. Gənc futbolçunun sol cinahdan qüvvətli zərbəsini qapıçı Doblas zərərsizləşdirdi.

`106 İkinci əlavə hissə başladı.

`105 Birinci əlavə hissə başa çatdı. Neftçi 0-0 Xəzər Lənkəran

`105 Neftçi`nin daha bir təhlükəli hücumu. Mahir Şükürov Vobaydan ötürmə alaraq sağ cinahla irəlilədi və rəqibin cərimə meydançasına daxil olub qapıya qüvvətli zərbə endirdi. Top bu dəfə də hədəfdən yan keçdi

`105 Emin Mehdiyev topu boş qapıdan keçirə bilmədi. Flavinyonun cərimə meydançasında hava ötürməsinə Xəzər Lənkəran`ın müdafiəçilərindən daha tez çatan Mehdiyev yaxın məsafədən topu qapının yanından vurdu.

`101 Neftçi`nin daha bir təhlükəli hücumu. Bruno Bertuççinin qapıya gedən qüvvətli zərbəsinin qarşısını bu dəfə müdafiəçi kəsdi.

`100 Araz Abdullayevin əvəzinə Emin Mehdiyev meydana daxil olur.

`98 Araz Abdullayev sarı vərəqə ilə cəzalandı.

`92 Elvin Yunuszadə Julius Vobayın hava ötürməsini başla tamamlasa da, top qapının yanından keçir.

`91 Neftçi əlavə hissəyə hücumla başlayır. Bruno Bertuççinin uzaqdan vurduğu zərbə qapıdan yan keçir.

`90 İlk əlavə hissə başladı.

`90+3 Oyunun əsas vaxtı 0-0 hesabı ilə başa çatdı. Komandalar qısa fasilədən sonra hərəsi 15 dəqiqə olmaqla iki əlavə hissə oynayacaqlar. Əlavə hissələrdən sonra da qalib müəyyən olunmazsa 20-ci Azərbaycan kubokunun sahibi oyunsonrası penaltilər seriyası ilə müəyyən olunacaq.

`90 İkinci hissəyə 3 dəqiqə əlavə olundu.

`90 Mahir Şükürovun cərimə zərbəsindən təhlükəli hava ötürməsini qapıçı Doblas çətinliklə də olsa zərərsizləşdirdi.

`89 Alvaro Silva Rəşad Sadiqova qarşı kobud oynayır - sarı vərəqə.

`81 Denis Silva topla irəliləyən Dmitrios Sialmasın qarşısını kobudluqla aldı. Sarı vərəqə və və təhlükəli cərimə zərbəsi. Lakin Skarlatake qeyri-dəqiqdir. Top qapının üstündən keçir. 

`77 Sadio Tounkaranın daha bir qüvvətli zərbəsi! Bu dəfə müdafiəçiyə dəyən top istiqamətini dəyişərək az qala qapıdan keçəcəkdi.

`76 İki gözəl hərəkət: Sadio cərimə meydançası kənarından qüvvətli zərbə ilə qapının yaxın küncünü nişan alsa da, Stamenkoviç gözəl sıçrayışla topu qapı xəttindən çıxardı.

`74 Bu dəfə Elvin Yunuszadə hədəfdən yayınır. Cərimə zərbəsindən ötürülən topu başla qapıya yönəldən Elvin qeyri-dəqiq oynadı.

`71 Uğur Pamuk Vanderson Skarduellini əvəz edir. Xəzər Lənkəran hər 3 dəyişiklikdən istifadə etdi.

`67 Kanales fərqlənmək üçün daha bir şansı əldən verir. Təhlükəli epizodda qapıçı Doblas vaxtında mövqeyini tərk edərək topu çilili forvardın ayaqları altından çıxartdı.

`64 Bruno Bertuççinin cərimə zərbəsindən vurduğu top qapıdan aralı keçdi.


`56 Elnur Allahverdiyev Flavinyoya qarşı kobud oynayır. Hakim Xəzər Lənkəran`ın futbolçusuna və Neftçi`dən Bruno Bertuççi`yə sarı vərəqə göstərir.

`50 Xəzər Lənkəran`ın heyətində ikinci dəyişiklik: Dmitrios Sialmas Marin Orsuliçi əvəz edir.

`50 Kanalesin başla zərbəsi qapının üstündən keçdi.

`49 Elnur Abdullayev fərqlənmək imkanını əldən buraxdı. Sadio Tounkara sağ cinahadan irəliləyərək topu Elnura ötürsə də, sonuncunun zərbəsi qüvvətli alınmadı.

`48 Neftçi daha bir hücum təşkil etdi. Erik Ramosun qapıya doğru qüvvətli zərbəsinə Araz Abdullayev ayaq qoysa da, top qapının üstündən aşaraq meydanı tərk etdi.

`46 İkinci hissə başladı. Xəzər Lənkəran`ın heyətində Sadio Tounkara eder Bonfimi əvəzlədi.


`45+1 İlk hissə başa çatdı. Neftçi 0-0 Xəzər Lənkəran

`45 İlk hissəyə 1 dəqiqə əlavə edildi.

`45 Eder Bonfim sağ cinahdan sürətlə irəliləyərək qapıya doğru hava ötürməsi etdi. Hava mübarizəsində Ağabala Ramazanovla mübarizədə qapıçı Stamenkoviç daha uğurlu oldu. 

`42 Rəşad Sadiqov meydanın mərkəzində topu ələ keçirərək rəqib cərimə meydançasına kimi irəlilədi. Neftçi`nin kapitanının qapıya doğru zərbəsi qapı tirinin azacıq üstündən keçdi.

`41 Nikolas Kanales cərimə meydançasında topu sinəsi ilə qəbul etdi və qapıya doğru qüvvətli zərbə endirdi. Lakin top bu dəfə də hədəfdən yayındı.


`31 Xəzər Lənkəran ardıcıl iki hücum təşkil etdi. Lakin hər iki halda sağ cinahdan hava ötürmələrində Neftçi müdafiəçiləri təhlükəni sovuşdura bildi.

30` Araz Abdullayev mərkəzdən topu götürərərk aldadıcı hərəkətlərlə cərimə meydançasına yaxınlaşsa da, qapıya doğru zərbəsi qeyri-dəqiq alındı.


`24 Mahir Şükürovun ötürməsinə Nikolas Kanales cərimə meydançası xətti üzərindən başla zərbə güclü zərbə endirsə də, qapıçı Doblas yerindədir.



`19 Neftçi`nin hücumları davam edir. Künc zərbəsindən ötürülən topa Denis Silva başla zərbə endirsə də, top Toni Doblasın düz üstünə gəldi. 

`18 Flavinyo bu dəfə təhlükəli zərbə ilə yadda qaldı. Sol cinahdan Neftçi`nin hücumunu quran braziliyalının qapı xəttinə paralel ötürməsi müdafiəçiyə dəyərək meydanı tərk etdi. 



`14 Radomir Todorov sol cinahdan təşkil edilən hücumda topu cərimə meydançasına doğru ötürsə də, qapıçı Stamenkoviç çıxışda inamlı oynayaraq topa sahib çıxdı.


`10 Komandalar, hələ ki, ehtiyatlı oyuna meyl edir.

`1 Oyuna Xəzər Lənkəran başladı




28 may 2013. Saat 20:00. T.Bəhramov adına Respublika stadionu. tamaşaçı

Baş hakim:  Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov
Dördüncü hakim:  Vüsal Əliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr:
Qollar:
Artırılan vaxt: I hissədə -  dəq.; II hissədə - dəq.

“Neftçi”

30. Saşa Stamenkoviç
3. Denis Silva Kruz
6. Rəşad Sadiqov (k)
9. Flavio Aleks Valensio
10. Julius Vobay
11. Nikolas Kanales
15. Erik Fabian Ramos
16. Bruno Bertuççi
17. Araz Abdullayev
22. Mahir Şükürov
32. Elvin Yunuszadə

Ehtiyat oyunçular:

12. Emil Balayev
2. Jose Luis Kabion
4. Tərlan Quliyev
8. Elşən Abdullayev
14. Bahodir Nasimov
19. Mirhüseyn Seyidov
28. Emin Mehdiyev

Baş məşqçi: Böyükağa Hacıyev
 

“Xəzər Lənkəran”

30. Toni Doblas
3. Vanderson Skarduelli
4. Alvaro Silva
5. Elnur Allahverdiyev
8. Eder Bonfim
10. Elnur Abdullayev
14. Rahid Əmirquliyev (k)
21. Radomir Todorov
27. Adrian Skarlatake
55. Ağabala Ramazanov
99. Marin Orsuliç

Ehtiyat oyunçular

25. Orxan Sadıqlı
7. Sadio Tounkara
9. Uğur Pamuk
11. Dmitrios Sialmas
17. Kazım Kazımlı
20. Akif Tağıyev
42. Kamran Abdullazadə

Baş məşqçi: Con Toşak

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 2324 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: