"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və baş məşqçi Aleksandrs Starkovs arasında görüş keçirilib. Geniş mövzuların müzakirə olunduğu toplantının nəticəsi kimi mühüm qərar qəbul olunub. “Bakı” futbol klubu ilə Aleksandrs Starkovs arasında əldə olunan qarşılıqlı razılıq əsasında latviyalı mütəxəssisin müqaviləsinə xitam verilb.
Aleksandrs Starkovs 2011-ci ilin yanvar ayında "Bakı" futbol klubunun baş məşqçisi təyin olunmuşdu. Hazırda baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq komandanın məşqçisi Novruz Əzimova tapşırılıb.
|