01.12.2021
   |    aze    |    rus    |    eng    
Slide 1

"Keşlə-2" - "Turan Tovuz" canlı yayım

Slide 1

"Kəpəz" - "Zirə-2" canlı yayım

Slide 1

“Qaradağ Lökbatan” 3-2 “Sabah-2”– Video icmal

Slide 1

Premyer Liqanın XIII turu rəqəmlərin gözü ilə

Slide 1

"Qarabağ-2" 1-1 "Zaqatala" - video icmal

Slide 1

"Qarabağ-2" - "Zaqatala" canlı yayım

Slide 1

"Qaradağ Lökbatan" - "Sabah-2" canlı yayım

   Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçilib      2012-03-09
Bu gün AFFA-nın inzibati binasında assosiasiyanın növbəti hesabat-seçki Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib əvvəlcə iştirakçıları UEFA tərəfindən AFFA-nın Konfransına göndərilmiş məktubun mətni ilə tanış edib. Sonra Konfransın səlahiyyətli olub-olmaması barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. M.Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir.
Elxan Məmmədov Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilməli olduğunu və komissiya üzvü kimi Şaiq Həmidov, Fərid Novruzi və Rasim Zeynalovun namizədliyinin təklif edildiyini bildirib. Adları qeyd olunan şəxsləri yekdilliklə say komissiyasının üzvü seçiliblər.
Baş katib AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətini əks etdirən videoçarx hazırlandığını bildirib və Konfrans iştirakçılarını videoçarxa baxmağa dəvət edib. AFFA-nın 2011-ci ildə fəaliyyətinin videoxülasəsi nümayiş olunduqdan sonra, Elxan Məmmədov qeyd edib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2011-ci ilin maliyyə hesabatını, həmçinin 2012-ci il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək).
Müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun da hesabatı dinlənildikdən sonra baş katib bildirib ki, Konfransdan 1 gün əvvəl – martın 8-də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova AFFA-ya müraciət edərək Konfransda komanda adından çıxış etmək istədiyini deyib. Ə.Heydərova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafına, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına yaradılan yüksək səviyyəli şəraitə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə komanda üzləri adından minnətdarlığını bildirib.
Çıxış başa çatdıqdan son Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
Baş katib Elxan Məmmədov gündəlikdəki növbəti məsələnin AFFA prezidenti vəzifəsinə seçkilərin keçirilməsi olduğunu deyib. Qeyd edib ki, bu vəzifəyə 1 nəfərin – Rövnəq İbrahim oğlu Abdullayevin namizədliyi irəli sürülüb və Nizamnamənin 33-cü maddəsinin 7-ci bəndinə əsasən, nümayəndələrin mütləq çoxluğu gizli səsvermə tələb etməzsə, qərarlar açıq səsvermə ilə qəbul olunur. Beləliklə, AFFA prezidenti vəzifəsinə seçkilər açıq səsvermə yolu ilə keçirilib və Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
Sonra İcraiyyə Komitəsinin üzvlərinin seçkisi keçirilib. Baş katib məlumat verib ki, İcraiyyə Komitəsindəki 10 vakant yerə eyni sayda – 10 nəfər namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, Peşəkar Futbol Liqasından 4, Regional Futbol Federasiyasından 2, Sahə Futbol Federasiyasından 2 və İctimai Futbol Təşkilatlarından 2 nəfər İcraiyyə Komitəsinə üzv seçiləcək. Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçkilər açıq səsvermə yolu ilə keçirilib. Beləliklə, adları aşağıda göstərilmiş şəxslər növbəti 4 il üçün İcraiyyə Komitəsinin üzvü seçiliblər:
Peşəkar Futbol Liqası
1. Rauf Əliyev
2. Hafiz Məmmədov
3. Ələkbər Məmmədov
4. Kazbek Tuayev
 
Regional Futbol Federasiyaları
1. Cahangir Hacıyev
2. İsgəndər Cavadov
 
Sahə Futbol Federasiyaları
1. Mahir Məmmədov
2. Mirkamil Rəhimov
 
İctimai Futbol Təşkilatları
1. Elmar Qasımov
2. Elşad Nəsirov
 
Sonra komissiya və komitə sədrləri Konfrans tərəfindən təsdiqlənib. Muxtar Babayevin Apellyasiya və Ekspert Komissiyasının, Xaqani Məmmədovun Hakimlər Komitəsinin, Gülağa Cabarovun Hakim-İnspektorlar Komitəsinin, Tofiq Fətullayevin isə İntizam Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub.
Sonda AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək, növbəti dəfə bu vəzifədə ona etimad göstərməsinə görə Konfrans iştirakçılarına və ölkə futbol ictimaiyyətinə minnətdarlığını bildirib, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Konfrans başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.









   Turnir cədvəli
1 Qarabağ 12 27
2 Zirə 12 22
3 Qəbələ 12 22
4 Neftçi 12 20
5 Sabah 12 14
6 Sumqayıt 12 11
7 Keşlə 12 10
8 Səbail 12 9
Ətraflı
1 Qaradağ Lökbatan 10 22
2 MOİK 9 19
3 Kəpəz 8 16
4 Sabah-2 9 16
5 Qarabağ-2 9 15
6 Keşlə-2 8 14
7 Zaqatala 9 14
8 Neftçi-2 8 10
9 Sumqayıt-2 9 9
10 Səbail-2 9 8
11 Qəbələ-2 9 8
12 Turan Tovuz 9 7
13 Zirə-2 8 3
Ətraflı
Xəbər arxivi
« Dekabr 2021 »
1 2 3 4 5 6 7
293001 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
30.08.2021
Azərbaycan Premyer Liqası, 2021/22-ci illər mövsümünün təqvimi
22.08.2021
I Divizion, 2021/2022-ci illər mövsümünün təqvimi
08.10.2020
I Divizion, 2020/2021-ci illər mövsümünün təqvimi
20.09.2020
Azərbaycan Premyer Liqası, 2020/21-ci illər mövsümünün təqvimi
21.08.2020
2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə
01.06.2020
"COVID-19" pandemiyasına görə dayandırılmış Premyer Liqa və Azərbaycan Kuboku yarışlarının qalan hissəsinin yeni təqvimi
Sorğu
Premyer Liqada favoritiniz hansıdır?
Keşlə
Qəbələ
Səbail
Qarabağ
Sumqayıt
Zirə
Sabah
Neftçi
> Nizamnamə
Struktur
> Xəbərlər
> Premyer Liqa
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2020/2021
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: