İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Unibank Premyer Liqasının XIX turunun AZAL –
“Sumqayıt” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ”
matçının 35-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Dean
Barton hakimin qərarına emosionalşəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin
XIX turunun “İnter” – “Rəvan” matçının 90+2-ci dəqiqəsində “Rəvan” klubunun 14
№-li futbolçusu Yamin Ağakərimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
|