Unibank
Premyer Liqasının XIX turunda “İnter” “Rəvan”ı minimal hesabla məğlub edərək
növbəti 3 xalı aktivinə yazdı - 1:0.
Bəhmən
Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Gərgin oyun oldu. Yüksək tempdə keçən
bir qarşılaşma izlədik. “İnter”in əsasən cinahlardan hücum etdiyini və diaqonal
ötürmələrdən istifadə etdiyini bilirdik. Bunun qarşısını almağa çalışdıq. Təəssüf
ki, adi epizodda qapımızda qol gördük. Oyunda sürəti artırsaq da, bərabərlik
qolunu vura bilmədik. “İnter” kimi komandaya qarşı oynamaq çətindir”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Fikrimcə, oyunumuz alındı. Müdafiədə
sadə və etibarlı oynamaq lazımdır. Bir sıra epizodlarda qeyri-dəqiq oynadıq,
qapıçımız bizi xilas etdi. Müdafiədə lüzumsuz səhvlər buraxdıq. Hər iki komanda
məzmunlu oyun göstərdi. “Rəvan” baxımlı oyun nümayiş etdirir. Ötən turdakı məğlubiyyətdən
sonra qalib gəlmək vacib idi. İlk altılıqda bu cür səhvləri buraxmamalıyıq, hər
oyun final kimi olacaq”.
|