"Paytaxt derbisi"ndə qələbəni son çempion qazandı 2012-03-07 |
|
Unibank Premyer Liqasının XIX turunda "Bakı" doğma azarkeşləri önündə "Neftçi"yə məğlub oldu - 1:3.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Komandam bu gün yaxşı təsir bağışladı. İlk hissədə erkən qol vurmağımız
da xeyrimizə oldu. İlk hissədə 3 qol vursaq da,
fasilədən sonra komandada arxayınçılıq var idi. Ancaq yenə də komandamın
oyunundan razı qaldım. Əsasən də gənc futbolçuların oyununu bəyəndim.
"Neftçi" haqda çox danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.
Aleksandrs Starkovs, “Bakı” klubunun baş məşqçisi: “Təəssüf ki, erkən qol buraxdıq. İkinci qol əks hücumdan, üçüncü top isə
standart vəziyyətdən qapımıza vuruldu. Sürətdə "Neftçi"yə
uduzurduq. Yenə də komandam ikinci hissədə özünü toparlaya bildi və hətta bir
qol da vurmağa nail olduq. Məğlubiyyətə erkən qol səbəb oldu. Komandanın heyətində
olan yerli futbolçular da yaxşı təsir bağışladılar. Yeni gələn legionerlərə isə bir qədər vaxt lazımdır”.
|
|
|
|
|
|