Unibank
Premyer Liqasının XIX turunda AZAL doğma meydanda “Sumqayıt”la qarşılaşdı.
Ümumilikdə 9 qolun vurulduğu qarşılaşmada “təyyarəçilər” rəqibini 6:3 hesabı ilə
məğlub etdi.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Azarkeşlər üçün maraqlı oyun oldu, bu
oyunda 9 qol izlədik. Komandamın oyununu bəyənmədim, müdafiədə səhvlər buraxdıq.
Sevinirəm ki, buraxılan qolların sayı 10 olmadı. İlk 3 qolu rəqibə “hədiyyə”
etdik. Bundan sonra oyunun gedişini dəyişmək çətin oldu. Bu oyun göstərdi ki,
komandada dəyişikliklər labüddür”.
Rafiq
Mirzəyev, AZAL klubunun baş məşqçisi: “Oyuna ciddi yanaşmışdıq, “Sumqayıt”
klubunun bir çox oyunçusu U-21 milli komandasının üzvüdür. “Sumqayıt”la açıq
oyun getdi. “Altılıq”dan kənar qaldıq, bu 3 xal bizim üçün gec oldu. Bundan
sonra əsas hədəfimiz ölkə kubokunu qazanmaq olacaq”.
|