Unibank Premyer Liqasında "Kəpəz" doğma azarkeşləri önündə əzmkar qələbə qazandı. Oyunda hesabı "Qəbələ" futbolçuları açsa da, sonradan təşəbbüsü ələ alan Gəncə təmsilçisi qələbə qazandı - 3:2.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Çox gözəl oyun keçdi. “Kəpəz” baxımlı oyun nümayiş etdirdi. Onları qələbə münasibətilə təbrik
edirəm. Qarşıda bizi ilk altılığın oyunları gözləyir. Daha yaxşı oynamağa
çalışacağıq”.
Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi:
“İlk qoldan sonra rəqib azlıqda qaldı. Bu da bizə hücum futbolu oynamağa
imkan verdi. İkinci hissədə gözəl oyun nümayiş etdirdik və qalib gəldik”.
|