Unibank Premyer Liqasının XIX turunda "Xəzər Lənkəran" səfərdə "Turan" üzərində minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu üçüncü dəqiqədə Ayxan Abasov öz qapısına vurub. Cüneyt Biçər, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Əvvəlcədən bilirdik ki, bu oyun bizim üçün çətin
olacaq. Rəqibimiz bundan öncəki hər iki oyunda minimal hesabla məğlub olmuşdu. Erkən
vurduğumuz qol bizə üstünlük qazandırdı. Bu cür meydanda oynamaq çətin olsa da,
qəlbə qazandıq. Final mərhələsində oynumuzu daha da yaxşılaşdıracağıq”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi:
“Erkən qol buraxmağımız oyunumuza təsir etdi. Bir neçə qol imkanımız olsa
da, bundan yararlana bilmədik. Belə güclü komanda ilə normal oynadıq. “Xəzər Lənkəran”
klubuna uğurlar arzulayıram”.
|