Unibank Premyer Liqasının XIX turunda "Qarabağ" doğma azarkeşləri önündə "Simurq"u 2:0 məğlub etdi.
İqor Getman, “Simurq” klubunun məşqçisi: “Qurban müəllimi və "Qarabağ"ı təbrik edirəm. Çox
gözəl oyun göstərdilər. Bizim komanda da yaxşı oyun göstərdi. Təəssüf ki, məğlub
olduq”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş
məşqçisi: “Təbrikə görə təşəkkür edirəm. Baxımlı oyun alındı. "Simurq" mənim
üçün sevimli komandadır. Həmişə yüksək yerlər tutmağa layiqdir. Hər iki komanda
əla oynadı. Qarşıdakı oyunlarda "Simurq"a uğurlar arzulayıram”.
|