İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:
Unibank Premyer
Liqasının XIXII turunun “Rəvan” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur(maddə
40). Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 61 №-li
futbolçusu İvan Vasiliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır.
Lakin matçın videoyazısını izlədikdə futbolçunun qeyri-etik jest göstərdiyi və
meydanı tərk etdiyi vaxt matçın baş hakiminə tərəf tüpürdüyü aşkar edilmişdir.
Bu səbəbdən adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə
olunur (maddə 38.4).
Unibank Premyer
Liqasının XIXII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında hər iki
klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə
olunur (maddə 40). Oyunun
40-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar
əşya (tüstü şaşkası) atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Unibank Premyer
Liqasının XXII turunun “Bakı” – “İnter” matçının 65-ci dəqiqəsində “Bakı”
klubunun 11 №-li futbolçusu Elvin Məmmədov kobud oyuna görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır,
klub 2000 manar cərimə olunur (maddə 37.1).
Unibank Premyer
Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Sumqayıt” –
“Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur(maddə 40).
Unibank Premyer
Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Rəvan” – “Qəbələ”
matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
500 manat cərimə olunur(maddə 40). Oyunun 36-cı dəqiqəsində “Rəvan” klubunun 22 №-li futbolçusu
Vasif Mehrəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Unibank Premyer
Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Turan” –
“Neftçi” matçının 57-ci dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Fərman Kərimov
hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə
42.3).
Azərbaycan I
divizionunun XIX turunun “Muğan” – “MKT Araz” matçın 66-cı dəqiqəsində “Muğan”
klubunun 7 №-li futbolçusu Səməd Rzayevlə “MKT Araz” klubunun 11 №-li
futbolçusu Hüseyn Əliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar
400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I
divizionunun XIX turunun MOİK – “Energetik” matçının 42-ci dəqiqəsində MOİK
klubunun 3 №-li futbolçusu Rəşad Hacızadə kobud oyuna görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Azərbaycan I
divizionunun XIX turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçının 25-ci dəqiqəsində
“Şəmkir” klubunun 19 №-li futbolçusu Vüqar Nağıyev kobud oyuna görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman futbolçu matçın baş hakiminə
qarşı fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalanır, klub 1000
manat cərimə olunur (maddə 38.6). Matçın 25-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Anar
Kələntərov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı
üçün məşqçi 1 oyunluq cəzalanır. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki
zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnir (maddə 63).
Azərbaycan I divizionunun
XIX turunun “Lokomotiv” – “Karvan” matçında “Lokomotiv” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 42-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi
İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı
üçün məşqçi 1 oyunluq cəzalanır. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki
zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnir (maddə 63). Oyunun
72-ci dəqiqəsində “Karvan” klubunun klubunun 12 №-li futbolçusu Sücəddin Mobinov
rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 3 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 42.1). Oyunun
74-cü dəqiqəsində “Karvan” klubunun 3 №-li futbolçusu İlqar Abdullayev kobud
oyuna görə ikinci sarı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq
cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).