01.12.2021
   |    aze    |    rus    |    eng    
Slide 1

"Keşlə-2" - "Turan Tovuz" canlı yayım

Slide 1

"Kəpəz" - "Zirə-2" canlı yayım

Slide 1

“Qaradağ Lökbatan” 3-2 “Sabah-2”– Video icmal

Slide 1

Premyer Liqanın XIII turu rəqəmlərin gözü ilə

Slide 1

"Qarabağ-2" 1-1 "Zaqatala" - video icmal

Slide 1

"Qarabağ-2" - "Zaqatala" canlı yayım

Slide 1

"Qaradağ Lökbatan" - "Sabah-2" canlı yayım

   “Qarabağ”ın qapıçısına 28 dəqiqə kifayətdir      2012-03-04
Unibank Premyer Liqasının XXII turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu yeniləyib. Ağdam təmsilçisi ardıcıl 7-ci çempionat oyununda qapısından qol buraxmayıb. Son turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra hələ də serbiyalı qolkiperi məyus edən tapılmayıb. Komandasının son 7 oyununda qapıda əvəzolunmaz olan Pavloviç artıq 632 dəqiqədir ki, qapısından qol buraxmır.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün “Qarabağ”ın qapıçısına cəmi 28 dəqiqə çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq zəruridir. Serbiyalı təsnifat mərhələsinin son oyununda bunu bacararsa İFFHS-in siyahısında Azərbaycan çempionatını təmsil edən 16-cı göstəricinin müəllifi olacaq. Belə ki, bu siyahıya klublarımızın qapıçıları tərəfindən əldə olunan 15 nəticə düşüb. Bunlardan ikisi “Qarabağ”ın hesabındadır. Hər iki nailiyyət Camaləddin Əliyevə məxsusdur. Bu isə o deməkdir ki, Əliyev həm də Ağdam klubunun rekordçusudur. Pavloviç 660-a çatarsa klubunun ümumdünya reytinqində 3-cü uğuru və 2-ci qapıçısı olacaq.

Azərbaycan çempionatının İFFHS-in siyahısındakı təmsilçiləri:

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Kramarenko (“Karvan”) – 798
8. Dmitri Kramarenko (“Neftçi”) – 772
9. Rauf Mehdiyev (“Olimpik”) – 746
10. Elşən Poladov (“Bakı”) – 744
11. Nadir Şükürov (“Dinamo”) – 741
12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700
15. Rauf Mehdiyev (“Olimpik”) – 676
   Turnir cədvəli
1 Qarabağ 12 27
2 Zirə 12 22
3 Qəbələ 12 22
4 Neftçi 12 20
5 Sabah 12 14
6 Sumqayıt 12 11
7 Keşlə 12 10
8 Səbail 12 9
Ətraflı
1 Qaradağ Lökbatan 10 22
2 MOİK 9 19
3 Kəpəz 8 16
4 Sabah-2 9 16
5 Qarabağ-2 9 15
6 Keşlə-2 8 14
7 Zaqatala 9 14
8 Neftçi-2 8 10
9 Sumqayıt-2 9 9
10 Səbail-2 9 8
11 Qəbələ-2 9 8
12 Turan Tovuz 9 7
13 Zirə-2 8 3
Ətraflı
Xəbər arxivi
« Dekabr 2021 »
1 2 3 4 5 6 7
293001 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
30.08.2021
Azərbaycan Premyer Liqası, 2021/22-ci illər mövsümünün təqvimi
22.08.2021
I Divizion, 2021/2022-ci illər mövsümünün təqvimi
08.10.2020
I Divizion, 2020/2021-ci illər mövsümünün təqvimi
20.09.2020
Azərbaycan Premyer Liqası, 2020/21-ci illər mövsümünün təqvimi
21.08.2020
2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə
01.06.2020
"COVID-19" pandemiyasına görə dayandırılmış Premyer Liqa və Azərbaycan Kuboku yarışlarının qalan hissəsinin yeni təqvimi
Sorğu
Premyer Liqada favoritiniz hansıdır?
Keşlə
Qəbələ
Səbail
Qarabağ
Sumqayıt
Zirə
Sabah
Neftçi
> Nizamnamə
Struktur
> Xəbərlər
> Premyer Liqa
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2020/2021
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: