Unibank Premyer
Liqasının XXII turunda “Qəbələ” səfərdə “Rəvan”ı 4:0 hesabı ilə məğlub etdi.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Oyunun ilk dəqiqələrindən
rəqibə qol vurmaq futbolda böyük önəm kəsb edir. Hesabın erkən açılması rəqibi
psixoloji cəhətdən sarsıtdı. Komandamın oyunundan razı qaldım, ilk altılığa vəsiqəni
rəsmiləşdirdik. Qarşımızda duran növbəti vəzifə Avroliqaya vəsiqə qazanmaqdır”.
Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Oyun öncəsi heyətimizdə problemlərimiz
var idi. Rəqib erkən qol vurdu. Bu da bizdə psixoloji gərginlik yaratdı. Bu oyunda
əsasən gənc futbolçulara şans verdik. Oyunçular bu matça köklənə bilmədi.
Altılıqdan kənarda qalmağımız da bu oyunda bizə təsir etdi. Müdafiə xəttində
bəzi gənc oyunçuların təcrübəsizliyindən qollar buraxdıq”.
|