Unibank Premyer Liqasının XXII turunda "Kəpəz" doğma azarkeşləri önündə "Simurq"u məğlub etdi. Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: ““Simurq”la bizim xallarımız eynidir. Oyuna çox
yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq üçün meydana çıxmışdıq. Belə də oldu”.
Sergey Yuran, “Simurq”
klubunun baş məşqçisi: “Meydança pis vəziyyətdə idi. Belə
şəraitdə oynamaq hər iki komanda üçün də çətin idi. Hər iki komandanın da bir
sıra qol imkanları oldu. Rəqibimiz əlinə düşən fürsətlərdən yararlana bilsə də,
biz bunu bacarmadıq”.
|