Azərbaycan Kubokunun finalına səfər etmək istəyən KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Qəbələ şəhər stadionunda keçiriləcək “Qarabağ” – “Zirə” oyununda iştirak etmək istəyən jurnalistlər 24 may, saat 18:00 tarixinə qədər [email protected] ünvanına ad, soyad və təmsil etdikləri KİV-in adını göndərməlidirlər. Qəbələ şəhər stadionuna gedəcək avtobus 27 may saat 10:30-da AFFA-dan yola düşəcək. Nəqliyyat vasitəsi matç başa çatdıqdan sonra AFFA-ya geri dönəcək.
Qeyd: Hər KİV-dən 1 (TV - 2 nəfər) nəfərin iştirak edə biləcəyi səfərə yalnız Peşəkar Futbol Liqasında 2021/2022 mövsümü üçün akkreditasiyadan keçmiş mətbuat nümayəndələri aparılacaq.
|