Azərbaycan Premyer Liqasında bürünc medalların sahibinə mükafatlar təqdim olundu. “Zirə” sonuncu turda öz meydanında “Şamaxı” ilə qolsuz sülhə razılaşsa da, ən yaxın izləyicisi “Qəbələ” “Sabah”ı (1:1) məğlub edə bilmədiyinə görə üçüncü olub. “Azersun Arena”da AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mərasimdə “Zirə” bürünc medallara qovuşdu. Qeyd edək ki, bu, “qartallar”ın tarixində ikinci medalıdır. Qəsəbə təmsilçisi 2015/2016 mövsümündə gümüş medalları qazanmışdı. Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|