Premyer Liqada XIX turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
12 mart (şənbə)
“Səbail” – “Keşlə” “ASCO Arena”, 16:45
“Sabah” – “Qarabağ” “Bank Respublika Arena”, 19:00
13 mart (bazar)
“Qəbələ” – “Zirə” Qəbələ şəhər stadionu, 16:00
“Neftçi” – “Sumqayıt” “Bakcell Arena”, 18:15
Qeyd: "Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirən "Neftçi" "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Sumqayıt"ın razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
|