İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XVII turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1); “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XVII turun “Səbail” – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
I Divizionun XVI turunun “Qəbələ-2” – “Keşlə-2” oyununda “Qəbələ-2” komandasının 33 nömrəli futbolçusu Hüseyn Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
XVI turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 42-ci dəqiqəsində “Neftçi-2” komandasının 22 nömrəli futbolçusu Mirabdulla Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 41.3);
XVI turun “Sabah-2” – “Turan Tovuz” oyununda “Sabah-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
XVI turun MOİK – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54);
“Zirə-2” komandasının 70 nömrəli futbolçusu Nicat Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
XVI turun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” klubu oyun günü planına riayət etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84);
“Zaqatala” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov oyunun 42-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
|