Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşdi. Üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
11 fevral (cümə) “Keşlə” – “Qarabağ” “ASK Arena”, 18:00
12 fevral (şənbə) “Sabah” – “Neftçi” “Bank Respublika Arena”, 16:00 13 fevral (bazar) “Səbail” – “Zirə” “ASCO Arena”, 18:00 “Qəbələ” – “Sumqayıt” Qəbələ şəhər stadionu, 15:00 Qeyd: Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu 12 fevral tarixindən 11 fevral tarixinə keçirib.
|