İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XI turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur;
“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur; Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur; “Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunur. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin. “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
I Divizionun IX turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur; “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur; “Sabah-2” – “Qəbələ-2” oyununda matçın 74-cü dəqiqəsində “Sabah-2” klubunun 21 nömrəli futbolçusu İldar Alekperov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur; “Qəbələ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur; “Turan Tovuz” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 90 nömrəli futbolçusu Nicat Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; “Səbail-2” – “Kəpəz” oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
|