Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya”nı (Kipr) qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb. “Köhlən atlar” 49-cu dəqiqədə avtoqola, 88-ci dəqiqədə Patrik Andradenin qoluna sevinib. Bu nəticədən sonra Ağdam klubu 11 xalla H qrupunda ikincidir. Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin sonuncu oyununda səfərdə “Bazel”lə (İsveçrə) qarşılaşacaq.
|