Press reliz    
 

Ramin Musayev: “Onlar bizimlə oynamaqdan imtina etməyiblər, qaçıblar” - 04.12.2009 10:52

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin www.lent.az saytına verdiyi müsahibə

Ramin Musayev: "Pünik"in "Birlik Kuboku"na buraxılmaması Rövnəq Abdullayevlə mənim zəhmətimdir".

"Ermənistanın "Pünik" komandasının ardıcıl 3 il MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kubokuna qatıla bilməməsi Rövnəq Abdullayevin və mənim zəhmətimdir". Bu sözləri Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Musayev bildirib ki, 2006-cı ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçirilən "Birlik kuboku"nun yarımfinalında "Pünik" məhz "Neftçi" ilə oynamaqdan qorxduğu üçün sonrakı 3 turnirə buraxılmayıb: "Onlar bizimlə oynamaqdan imtina etməyiblər, qaçıblar. Gecə saat 5-də necə qaçdıqlarını da videolentə aldırmışam".

Qeyd edək ki, 2005-ci ilin yanvarında keçirilən "Birlik kuboku"nun ¼ finalında "Neftçi" "Pünik"i 2:0 hesabı ilə məğlub edib. Sonrakı il eyni turnirin yarımfinalında iki komanda yenidən üz-üzə gəlməli olsalar da, "Pünik" təhlükəsizliklərinin təmin olunmadığını səbəb göstərərək, "Neftçi" ilə oyun öncəsi Moskvanı tərk edib. Təşkilatçılar "Pünik"i bir daha "Birlik kuboku"na buraxmayacaqlarını açıqlayıblar. Həmin vaxt "Neftçi"nin prezidenti hazırda AFFA-ya başçılıq edən Rövnəq Abdullayev, vitse-prezidenti isə PFL-in hazırkı rəhbəri Ramin Musayev olub.


Amma 2010-cu ildə keçiriləcək "Birlik kuboku" üçün "Pünik"ə qoyulan qadağa götürülüb. Ardıcıl 9 ildir ki, Ermənistan çempionu olan komanda öncədən turnirə qatılmaq istəmədiyini bildirsə də, məhz təşkilatçıların təkidindən sonra fikrindən daşınıb."

<<Geri



 
Turnir cədvəli
1 "Neftçi" 4 10
2 "Xəzər Lənkəran" 4 10
3 "İnter" 4 7
4 AZAL 4 7
5 "Muğan" 4 5
6 "Qarabağ" 2 4
7 MOİK 4 4
8 "Gəncə" 3 3
9 "Bakı" 3 3
10 "Turan" 4 2
11 "Simurq" 4 2
12 "Qəbələ" 4 1
Ətraflı cədvəl>>


   
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@pfl.az vasitəsilə əlaqə saxlayın